Albaniyanın "Eqnatiya" klubunun şərəfini qoruyan azərbaycanlı futbolçu Zamiq Əliyev legioner karyerasında birdən-birə 2 titul qazana bilər.
Offsideplus.az xəbər verir ki, Azərbaycan yığmasının da şərəfini qoruyan müdafiəçinin klubu bu gün Albaniya Kubokunun finalına vəsiqə qazanıb.
"Eqnatiya" ilk matçda "Partizani"yə evdə 0:1 uduzsa da, cavab görüşündə geridönüş etməyi bacarıb - 2:0. Tirana səfəri zamanı əsas vaxtda 1 qol vuran komanda oyunun 94-cü dəqiqəsində daha bir dəfə fərqlənib.
Z.Əliyev 120 dəqiqə ərzində mübarizə aparıb.
Finalda rəqib Tirana "Dinamo"su olacaq.
Bundan əlavə, həmvətənimiz aprelin 27-də "Eqnatiya"nın heyətində çempionluq sevinci yaşaya bilər. Qızıl medalları qazanmaq üçün son turda 1 xal kifayətdir.
Xatırladaq ki, "Eqnatiya" ötən mövsüm həm kubok, həm də çempionluğu qazanıb.
Z.Əliyev Albaniya çempionuna 2024-cü ilin yayında "Araz-Naxçıvan"dan transfer olunub.