"Neftçi"ni Azərbaycan Kuboku yarımfinalında mübarizədən kənarlaşdıran "Sabah" "Bank Respublika Arena"da "Bu şəhər ikimizə dar" nəğməsini səsləndirmişdi.
Offsideplus.az xəbər verir ki, sözügedən mahnının müəllifi Murad Arif "Sabah" - "Neftçi" oyunundan sonra yaşananlara reaksiya bildirib. O, "Offsidecaps" instaqram hesabındakı paylaşıma "Mən bu nəğməni bəstələyəndə heç bunu düşünməzdim", sözlərini yazıb.
Xatırladaq ki, "Bayquşlar" cavab qarşılaşmasında rəqiblə 1:1 hesablı heç-heçə edərək, ilk oyunda 2:1 hesablı qələbə sayəsində mərhələ adlayıb. "Sabah"ın finalda rəqibi "Qarabağ" olacaq.
View this post on Instagram