"Çelsi" Türkiyə millisinin üzvü Kenan Yıldız üçün hərəkətə keçib.
Offsideplus.az xəbər verir ki, bu barədə "Mercato" nəşri məlumat yayıb. "Zadəganlar" 19 yaşlı hücumçunun mümkün transferi ilə əlaqədar "Yuventus" klubu ilə əlaqəyə keçib. İngiltərə klubu sol cinah hücumçusunun keçidi ilə əlaqədər Turin təmsilçisinin şərtlərini soruşub.
Qeyd edək ki, Kenan Yıldız cari mövsüm İtaliya A Seriyasında 31 oyun keçirib, 6 qol və 1 assistə imz aatıb.