“Zirə” klubu 17 yaşlılardan ibarət komandanın futbolçusu Qurban Cəlilovla bağlı AFFA İntizam Komitəsinin çıxardığı qərardan şikayət edib.
Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisinin müraciətinə bu gün AFFA-nın Apellyasiya Arbitraj Tribunalında baxılıb.
Nəticədə “Zirə”nin şikayəti qismən təmin edilib.
Belə ki, aprelin 12-də Qurban Cəlilov AFFA U-17 Liqasında "Qarabağ"a qarşı keçirilən matçın 79-cu dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalandırılmışdı.
Apellyasiya Arbitraj Tribunalı futbolçunun 3 oyunluq diskvalifikasiyanın 2-nə şərti cəza tətbiq edib.
Şərti cəzanın başlanğıcı aprelin 16-dan götürülüb və sınaq müddəti üçün 3 ay nəzərdə tutulub.



