Sağlam Radio 93FM-də yayımlanan "Offside" verilişinin bugünkü buraxılışında aparıcı Günay Xəlil və Ceyhun Rzayev yerli və dünya futbolunda baş verən son hadisələri müzakirə ediblər.
Azərbaycan Kubokunda yarımfinalın cavab oyunları, Bakı derbisi, "Qarabağ"ın futbolçuları Kevin Medina və Nəriman Axundzadənin gələcəyi, "Turan Tovuz"un Kürdaxanıda yeni bazası, Azərbaycan futbolu tarixinin ən yaxşı hücumçusu və s. məsələlər müzakirə olunub.
Verilişi saat 21:00-dan etibarən Offsidecaps Youtube kanalımızda izləyə bilərsiniz.