Azərbaycan Kubokunun yarımfinalı üzrə "Sabah" və "Neftçi" komandaları arasında keçiriləcək cavab oyununda xoreqrafiya nümayiş etdirilib.

Offsideplus.az xəbər verir ki, Masazır klubu "Bank Respublika Arena"da oturacaqlara klubun rəngləri olan çəhrayı və qara vərəqlər yapışdırıb. Azarkeşlər bu vərəqləri oyunun 15-ci dəqiqəsində havaya qaldırıb və xoreoqrafiyanın bir parçası olublar. 

Qeyd edək ki, hazırda davam edən görüşdə "Sabah" 1:0 hesabı ilə öndədir. İlk oyunda "bayquşlar" 2:1 hesabı ilə qalib gəlib. 

Fotoları təqdim edirik: