"Sabah" klubu tarixində ilk dəfə Azərbaycan Kubokunun finalına çıxıb.
Offsideplus.az xəbər verir ki, "bayquşlar" bu gün yarışın yarımfinal mərhələsinin cavab görüşündə "Neftçi" ilə heç-heçə oynayıb - 1:1.
İlk matçda 2:1 hesabı ilə qalib gələn "Sabah" finala yüksəlib. Vasili Berezutskinin komandası mayın 31-də həlledici görüşdə "Qarabağ"ıa qüvvəsini sınayacaq.
"Neftçi"ni isə növbəti mövsüm avrokuboklarda görə bilməyəcəyik. "Ağ-qaralar" yeganə şansı da boşa veriblər.
Azərbaycan Kuboku, yarımfinal, cavab oyunu
23 aprel
“Sabah” – “Neftçi” 1:1
Cesse Sekidika, 23 - Emin Mahmudov, 40
İlk oyun - 2:1
Bank Respublika Arena. Saat 20:00
"Sabah”: 92. Stas Pokatilov, 17. Tellur Mütəllimov, 5. Rəhman Daşdəmirov, 6. Abdulax Xaybulaev, 88. Xəyal Əliyev, 4. Sofian Çakla, 18. Pavol Safranko (k), 70. Cesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepiniça, 33. Umarali Raxmonaliyev
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 10. Namik Ələskərov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 15. Seymur Məmmədov, 32. Elgün Dünyamalıyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 40. İqor Noqeyra, 11. Kahim Parris, 12. Vinsent Till, 99. Neqoş Kupusoviç
“Neftçi”: 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 8. Emin Mahmudov, 3. Höccət Haqverdi, 4. Elvin Camalov, 91. Ağadadaş Salyanskiy, 14. Edvin Kuç, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek, 88. Andrey Ştoqrin
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rustam Samiqullin, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 7. Azər Əliyev, 90. Ramil Şeydayev, 78. Elcan Əbilov, 47. Murad Məmmədov, 22. Dembo Darboe, 77. Yeqor Boqomolski, 11. Aleks Fernandes
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
VAR: Nicat İsmayıllı