Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Fanatik"ə istinadla xəbər verir ki, sözügedən klub, "Çelsi"nin sağ cinah vingeri Hakim Ziyeçi sıralarına qatmağa yaxındır.

Artıq tərəflər arasında razılıq əldə olunub.

Bildirək ki, mərakeşli futbolçunun İngiltərə klubu ilə 2025-ci ilədək müqaviləsi var.