Ukrayna Premyer Liqasında 25-ci turun oyunları keçirilir.

 Offsideplus.az xəbər verir ki, azərbaycanlı futbolçu Emil Mustafayevin formasını geyindiyi "Aleksandriya" evdə "Şaxtyor" (Donetsk) ilə qarşılaşıb. Görüş 1:1 hesabıyla başa çatıb. 

Emil bu matçda start heyətdə meydana çıxıb və 89-cu dəqiqədə əvəzlənib. 

2021-ci ildən Ukrayna klubunun əsas komandasında oynmağa başlayan Mustafayev cari mövsüm 13 görüş keçirib, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Aleksandriya" (24 oyun) 38 xalla turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. Donetsk "Şaxtyor"u isə 60 xalla turnir cədvəlinə başçılıq edir.