"Qarabağ" klubunun sabiq futbolçusu Xayme Romeronun yeni klubu müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Cənubi Azərbaycan təmsilçisi "Traktor"a keçib. 

Qeyd edək ki, Xaymenin son klubu İspaniya "Kartaxena"sı olub. 2019-cu ilin yayından 2022-ci ilin iyuluna qədər "Qarabağ"da çıxış edən futbolçu 69 oyunda 14 qol vurub, 16 qol ötürməsi edib.