Futbol üzrə Ukrayna çempionatında yeni mövsümə start verilib.

Offsideplus.az xəbər verir kİ, Kiyevdə boş tribunalar önündə keçirilən açılış oyununda Donetsk “Şaxtyor”u “Metalist 1925 Xarkov”la üz-üzə gəlib. Görüş qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, bu gün həmçinin "Zarya" - "Vorskla", "Çornomorets" - "Veres" və "Kolos" - "Krivbas" görüşləri keçirilir.