"Monako" klubundan ayrılan Sesk Fabreqasın yeni komandası bəlli olub.
Offsideplus.az xəbər verir ki, İspaniya millisinin sabiq üzvü İtaliyanın "Komo"suna keçməyə razılıq verib. Klub təcrübəli oyunçu ilə 2 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, 35 yaşlı futbolçu 2019-cu ildən "knyazlıq" təmsilçisində çıxış edirdi.