Qazaxıstanın "Turan" klubunda çalışan azərbaycanlı məşqçi Vaqif Cavadov komandadan ayrılıb.

Offsideplus.az xəbər verir ki, Cavadov uğursuz nəticələrə görə bir neçə gün öncə istefaya göndərilən Vladimir Qazzayevin gedişindən sonra klubda qalmaq istəməyib.

Qeyd edək ki, “Turan”da Azərbaycan millisinin qapıçısı Emil Balayev çıxış edir. Lakin o, hələ bu komandada rəsmi debüt etməyib.