“Bu təklifi dəyərləndirmək mənim üçün çox vacib idi”.
Offsideplus.az xəbər verir ki, bu sözləri açıqlamasında millinin keçmiş hücumçusu Vaqif Cavadov deyib.
O, “Sumqayıt”ın 16 yaşlılardan ibarət komandasının sükanı arxasından ayrılaraq, Qazaxıstana yollanıb. Gənc məşqçi yüksək liqada çıxış edən “Turan”da köməkçi kimi çalışmağa başlayıb.
“Turan” Xəzərin şərq sahilindəki respublikanın ən köklü klublarından biridir və Türküstan vilayətinin təmsilçisidir.
Uzun müddət birinci dəstədə mübarizə aparan kollektiv 2021-ci ildə güclülər dəstəsinə vəsiqə qazanıb və çempionatı 12-ci pillədə başa vurub.
Qazaxıstanda yeni mövsüm martda başlayacaq. Hazırda Antalyada təlim-məşq toplanışı keçən “Turan“ı Vladimir Qazzayev çalışdırır. O, Rusiya yığmasının sabiq baş məşqçisi Valeri Qazzayevin oğludur.
Vaqif Cavadov Azərbaycan yığmasının formasını geyindiyi üçün “C“ kateqoriyalı məşqçi sertifikatı alıb və hazırda davam edən “B“ lisenziyalı kurslara yazılıb:
“Bildiyiniz kimi, mən son günlərə kimi “Sumqayıt”aın akademiyasında təcrübə keçirdim. Indi isə uşaq futbolundan böyük futbola keçid edirəm.
Bura gəlməyimdə heç bir qohumumun rolu yoxdur. “Turan”da yaxşı bir mühütə düşmüşəm. Güclü baş məşqçimiz var və mən artıq onun köməkçilərindən biriyəm. Uğurlu işimlə mənə göstərilən etimadı doğrultmaq istəyirəm. “Turan” öz hədəfləri olan və inkişaf etmək istəyən klubam. Düzgün seçim etdiyimə əminəm. Bu, mənim üçün böyük şansdır”.
Mənbə: https://www.sportinfo.az