Azərbaycan millisinin Millətlər Liqasındakı rəqibi Slovakiya yığmasının futbolçusu Jan Qrequs ABŞ klubuna keçib.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi MLS təmsilçisi ilə bu ilin dekabrına kimi sözləşmə imzalayıb.

Qeyd edək ki, Qrequs Slovakiya millisində 36 oyuna 4 qol vurub.