“Qarabağ” klubunun yarımmüdafiəçisi Patrik Andrade Kabo-Verde millisinin heyətində növbəti oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, onun komandası dünya çempionatının seçmə mərhələsi çərçivəsində Mərkəzi Afrika Respublikası ilə üz-üzə gəlib. 

Görüş Kabo-Verde yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Andrade bu matçın 68-ci dəqiqəsində meydana çıxıb və sona qədər oynayıb. 

Qeyd edək ki, Kabo-Verdenin növbəti matçı noyabrın 16-da səfərdə Nigeriyaya qarşı olacaq.