Türkiyə millisinin yeni baş məşqçisi Stefan Kuntsun alacağı məvacib məlum olub.
Offsideplus.az xəbər verir ki, 58 yaşlı almaniyalı mütəxəssis "ay-ulduzlular"ın "sükanı arxasında" olduğu müddətdə ilinə 1,5 milyon avro (15 milyon 200 min türk lirəsi) qazanacaq. Onun müqaviləsinə həmçinin təzminat məbləği də daxildir.
Qeyd edək ki, Kunts bu postda Şenol Günəşi əvəzləyib.