Azərbyacn millisi və "Legiya"nın futbolçusu Mahir Emreli maraqlı açıqlaması ilə gündəmə gəlib.

Offsideplus.az xəbər verir ki, 24 yaşlı hücumçu klubun rəsmi instaqram hesabında canlı yayım zamanı xoşladığı 5 klubun adını da açıqlayıb:

"Qalatasaray", çünki gənc vaxtlarımda ilk olaraq, bu komandanın matçlarını izləmişəm. "Barselona"nı oyun tərzinə görə bəyənirəm. Digərləri isə "Mançester Siti", "Bavariya" və PSJ-dir. Çempionatlardan isə La Liqanı sevirəm. Amma açığı, İngiltərə Premyer Liqasını da qeyd etməliyəm".

Emreli "2025-ci ildə özünüzü harada görürsünüz" sualına belə cavab verib: "Əlbəttə, bu, beş klubdan birində. Həyat gözlənilməzdir. Məqsədim inkişaf etmək və dünənkindən daha yaxşı olmaqdır".