Dünya futbolunun canlı əfsanəsi Lionel Messi verdiyi sözə əməl edib.

Offsideplus.az xəbər verir ki, Argentina millisinin və "Barselona"nın futbolçusu azarkeşin kürəyindəki tatuya imzasını atıb. Belə ki, sosial şəbəkədə braziliyalı avarkeşin özünün şəklini kürəyinə "döydürdüyünü" görən Messi bundan xoşlanıb. Lionel həmin paylaşımı taparaq şərh bölməsinə "bu şəklin altına imza yaraşar" sözlərini yazıb. Sözünü tutub və həmin azarkeşlə görüşərək imza atıb.

Avarkeş isə qələmlə çəkilən həmin imzanı da tatuya çevirib. 

Qeyd edək ki, fanatın belindəki 2017-ci ildə "Barsa"nın "Real"ı "Santyaqo Bernabeu"da məğlub etdiyi oyundan çəkilən məşhur fotodur.