Brazilya millisinin və "Barselona"nın əfsanələrindən sayılan Rivaldo Mourinyonun Brazilyaya gələ biləcəyini deyib.

Offsideplus.az "Sporx"a istinadən xəbər verir ki, 49 yaşlı "sambaçı" Mourinyo ilə yaxın dost olduğunu və onun "Tottenhem"dən sonrakı yolçuluğunun Braziliya olacağını bildirib:

"Joze əla bir dostdur. Onun sübut edəcəyi bir şey qalmadı. Mükəmməl bir məşqçidir. Yenidən bir komandanı çalışdıracaq. Eşitdiyimə görə, Brazilyadan bir klubla razılığa gəlmə ehtimalı var. İllərcə Avropada işlədikdən sonra Brazilya variantı onun üçün maraqlı ola bilər".