"Zirə" klubunun sabiq qanalı hücumçusu Riçard Qadzenin yeni klubu bəlli olub.

Offsideplus.az xəbər verir ki, 25 yaşlı oyunçu Triaspol təmsilçisi "Şerif"lə anlaşıb.

2015-ci ildə Hindistanın "Delhi Dinamos" klubunda da çıxış etmiş oyunçu 2018/2019-cu illər mövsümündə "Zirə" ilə başa çatan müqaviləsi yenilənmədiyindən paytaxt təmsilçisini tərk edib.

Qeyd edək ki, Qadze "Zirə" forması ilə çıxdığı 13 oyunda 3 qol vurub.