Braziliyadakı “Pakaembu” stadionu koronavirus pandemiyasına yoluxan xəstələri müalicə etmək üçün xəstəxanaya çevriləcək.

Offsideplus.az xəbər verir ki, bu barədə “Assoşieyted Press” agentliyi məlumat yayıb.

Xəbərə görə, arenada 200-dən çox çarpayı yerləşdiriləcək. Stadionun xəstəxanaya çevrilmə prosesi 10 gün ərzində başa çatacaq.

Qeyd edək ki, San-Paulo şəhərində yerləşən “Pakaembu” stadionunun tutumu 42 mindir.