Bakıda minifutbol üzrə dünya çempionatı start götürüb.
Offsideplus.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən yarışda 32 milli komanda 8 qrupda mübarizə aparır.
Azərbaycan yığması A qrupunda Bəhreyn, Mavritaniya və Sloveniya kollektivləri ilə yer alır.
Dünya çempionatının favoritləri ABŞ, Meksika, Çexiya və Rumıniya komandaları sayılır.
Təqvimə əsasən, yarışın birinci günündə 8 oyun keçirilib.
09:15 Fransa - Çad 1:0
10:30 Macarıstan - Türkiyə 1:1
Yarışın debütantı olan "ay-ulduzlular" son dünya çempionatının bürünc mükafatçısından 1 xal almağı bacarıblar
11:45 Bolqarıstan- Portuqaliya 1:3
13:00 Ukrayna - İngiltərə 0:4
14:15 Slovakiya - Hindistan 15:0
20:30 Azərbaycan - Bəhreyn 1:1
Mirmehdi Rzayev, 15 - Ahmed Antar, 25
21:45 Rumıniya - Özbəkistan 2:1
Son dünya çempionu olan rumınlar çətinliklə də olsa, qələbə qazanıblar
23:00 Mavritaniya- Sloveniya 1:1