1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə AFFA Xankəndidə sosial aksiya keçirib.
Offsideplus.az xəbər verir ki, tədbir çərçivəsində bu il birinci sinfə gedəcək 1 nömrəli uşaq bağçasının fidanlarına lazımi məktəb ləvazimatlarından ibarət hədiyyələr təqdim olunub.
Bu aksiya uşaqların təhsilə başlamasına dəstək olmaq və onların bayram sevincini bölüşmək məqsədilə təşkil edilib.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə AFFA tərəfindən sosial layihələrin davam etdirilməsi nəzərdə tutulur.


