Futbol üzrə İsveçrə Super Liqasında 26-cı turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat dadaşovun formasını geyindiyi "Qrasshopper" doğma meydanda "Luqano"nu qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsiylə yekunlaşıb.

Dadaşov da bu görüşün iştirakçısı olub. 23 yaşlı forvard matçı start heyətdə başlayıb və 90+2-ci dəqiqədə əvəzlənib. O, 76-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, xallarını 34-ə yüksəldən "Qrasshopper" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.