Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrə çempionatının 24-cü turunda "Qrasshopper"in heyətində "Vintertur"la görüşdə fərqlənməklə cari mövsümdə 7-ci qolunu vurub.

Offsideplus.az həmin matçdan hazırlanmış videoicmalı təqdim edir. Renatın qolunu videonun 1-ci dəqiqəsindən izləyə bilərsiniz:

Qeyd edək ki, "Qrasshopper" çempionatda 24 turdan sonra 28 xalla 7-ci sıradadır.