Madrid “Real”ının hücumçusu Kərim Benzema Fransa millisindəki karyerasını başa vurub.
Offsideplus.az xəbər verir ki, 35 yaşlı oyunçu bu barədə özünün sosial şəbəkə hesabında belə yazıb:
“Bugünkü şəxs olmaq üçün əlimdən gələni etdim və səhvlərim də oldu. Və mən bununla fəxr edirəm! Hekayəmi yazdım və ortaq hekayəmiz artıq sona çatır”.
Xatırladaq ki, Benzema DÇ-2022-nin startı ərəfəsində zədələnmiş və turnirdə iştirak edə bilməmişdi.