Münhen "Bavariya"sının futbolçusu Nemanya Motika karyerasını Serbiyada davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, 18 yaşlı hücumçu “Srvena Zvezda” klubuna keçib. Onunla 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Motika “Bavariya"nın əvəzedici komandası ilə bu mövsüm 27 oyunda 16 qol vurub, 8 məhsuldar ötürmə edib.