Asiya Çempionlar Liqasında final görüşü keçirilib.

Offsideplus.az xəbər verir ki, həlledici qarşılaşmada Cənubi Koreyanı təmsil edən "Ulsan"la İran "Persepolis"i üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada cənubdakı qonşularımız hesabı açsa da,  "qıyıqgözlər" braziliyalı Junior Neqranın qolları hesabına qələbəyə seviniblər - 2:1.

Maraq üçün qeyd edək ki, qalib komandanın heyətində bizə tanış sima var. Bu, 2017-18 mövsümünün ilk yarısında 4 çempionat, bir o qədər də Avroliqa matçlarında Qəbələ"nin formasını geymiş Deyv Bultuisdir.