Haitidə 2018-ci ilin yekunları ilə bağlı araşdırma aparılıb.

Offsideplus.az xəbər verir ki, təşkilatçılar ölkə xaricində fəaliyyət göstərən ən yaxşı 10 haitilini müəyyənləşdirib.

Amerika, Avropa və Afrika ölkələrində 2 milyondan çox haitilinin məskunlaşdığı bildirilən yazıda sənətçilərdən tutmuş, idmançılara qədər, ən tanınmış "10-luq" seçilib. Onlar arasında "Qarabağ"ın formasını geyinən Vild-Donald Gerye də var. 

Seçimə Azərbaycan Premyer Liqasında ikinci mövsümünü keçirən Geryenin  ölkəmizdə 2018-ci ilin ən yaxşı əcnəbi futbolçusu seçilməsi səbəb olub. Həmçinin o, "Qarabağ"la çempion olub, Avropa Liqasının qrup mərhələsində iştirak edib.

Qeyd edək ki, Donald Gerye "Qarabağ"a ötən il "Alanyaspor"dan keçib.