Avroliqanın əsas pay sahibləri oktyabrın 5-də İtaliyanın Çernobbio şəhərində toplanacaq və NBA-nın Avropa layihəsi ilə bağlı mümkün təklifini müzakirə edəcəklər.
Offsideplus.az xəbər verir ki, sentyabrın ortalarında NBA rəhbərliyinin iclası keçiriləcək və bu toplantının nəticəsində Avroliqanın alınması ilə bağlı rəsmi təklifin verilməsi ehtimalı var.
Əgər NBA-dan belə bir təklif gəlməzsə, Avropa klubları turnirin 24 iştirakçıdan ibarət françayz sistemi ilə yenidən təşkilini nəzərdən keçirəcəklər.
Toplantının təşkilatçısı "Olimpiya Milano" klubudur.


