12 sentyabr 2026-cı ildə ABŞ-ın Glendale şəhərində UFC Fight Night 288: Noche UFC 4 turniri keçiriləcək. Gecənin əsas qarşılaşmasında yarımyüngül çəki dərəcəsində Jean Silva (17-3) və Xose Delgado (12-2) üz-üzə gələcək.

Offsideplus.az xəbər verir ki, turnirin digər maraqlı döyüşləri sırasında Brandon Moreno (23-10-2) ilə Cozef Morales (14-2), Manon Fiorot (13-2) ilə Alexa Grasso (17-5-1), Valdo Kortes-Akosta (17-3) ilə Kertis Bleyds (19-6), David Martinez (14-1) ilə Den İge (19-11), eləcə də Muslim Salixov (22-6) ilə İqnacio Baxamondes (17-7) qarşılaşmaları yer alacaq. Turnirin ilkin döyüşləri 12 sentyabr saat 21:00-da, əsas döyüşlər isə 13 sentyabr saat 00:00-da başlayacaq.