UFC prezidenti Dana Uayt ağır çəkidə baş verən son hadisələrə münasibət bildirib. O, Tom Aspinallın hələ də zədəli olduğunu qeyd edib və vəziyyət dəyişməyənə qədər ağır çəki dərəcəsində proseslərin əvvəlki qaydada davam edəcəyini vurğulayıb.

Offsideplus.az xəbər verir ki, Aspinall oktyabr 2025-ci ildə Siril Qana qarşı döyüşdə göz nahiyəsindən aldığı zədə səbəbindən mübarizəni yarımçıq dayandırmalı olub və qarşılaşma nəticəsiz başa çatıb. Promouter Əddi Hirn bildirib ki, Aspinallın gözlərinə dörd əməliyyat edilib.