"Real Madrid"in yarımmüdafiəçisi Cud Bellingem Çempionlar Liqasının qrup mərhələsində "İnter"ə qarşı 2:1 hesablı qələbədən sonra fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Bellingem oyunun çətin keçdiyini bildirib: "Bəzi anlarda çox güclü komandaya qarşı oynamaq asan olmadı. Onlar təsadüfən İtaliya çempionu olmayıblar. Amma elə epizodlar da oldu ki, biz onları çətin vəziyyətə saldıq – xüsusilə əks-hücumlarda topa yaxşı nəzarət etdik. Oxşar vəziyyət "Betis"lə görüşdə də yaşanmışdı, imkanlarımızı dəyərləndirə bilmədik. Qarşılaşma daha böyük hesabla da bitə bilərdi. Şanslarımız oldu, o cümlədən məndə də imkanlar vardı, lakin Çempionlar Liqasında təzyiqə dözmək vacibdir. Yalnız bir qol buraxdıq və müdafiəçilərimiz əla çıxış etdilər, amma səviyyəli komandalar müdafiədə boşluq tapmağı bacarır. Üstəlik, Tibo Kurtua möhtəşəm oynadı. Hər şey pis deyildi, amma inkişaf üçün hələ də imkanlar var. Əsas olan isə üç xaldır".


