UFC döyüşçüsü İan Gerri mümkün qarşılaşmada Karlus Pratesi yarımorta çəki çempionu İslam Maxaçevə qarşı favorit hesab etdiyini bildirib. O, bu döyüşün hər iki idmançı üçün təhlükəli olacağını qeyd edib.

Offsideplus.az xəbər verir ki, Gerri açıqlamasında bunları deyib: "Bu, hər iki tərəf üçün riskli qarşılaşmadır. Karlus məndən xeyli aqressivdir, amma qrapplinqdə o qədər də güclü deyil. Maraqlı döyüş olacaq. Prates zərbəsini çatdırıb Maxaçevi nokaut edə biləcəkmi, yoxsa İslam onu yerə salıb bitirəcək? Çətindir, amma ürəyim deyir ki, Karlus bunu bacaracaq. O zaman biz yenidən qarşılaşarıq".

Karlus Pratesin aktivində 24 qələbə və 7 məğlubiyyət var. Son 13 qələbəsini nokautla qazanıb. İslam Maxaçev isə 29 qələbə və 1 məğlubiyyətə sahibdir, ardıcıl 17 döyüşdə qalib gəlib.