Kataloniya təmsilçisi idman direktoru Dekonun futbolçu ilə danışıqlarda əhəmiyyətli irəliləyiş əldə etməsinə baxmayaraq, yanvar ayında Xulian Alvares transferindən imtina etməyə qərar verib.
Offsideplus.az xəbər verir ki, Lamin Yamal və Rafinyanın sərgilədiyi yüksək forma klub rəhbərliyini başqa bir böyük hücumçu transferinin zəruri olmadığı qənaətinə gətirib.
"Barselona" Alvaresə yüksək qiymət versə də, yanvar ayında "Atletiko Madrid"ə təzyiq göstərərək transferi tamamlamaq niyyətində deyil.


