Azərbaycanlılar "Old Trafford"da "Sabah"ı tək qoymayacaq.
Bunu klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Offsideplus.az saytına açıqlamasında söyləyib.
"Hələ dəqiq say bəlli deyil. Lakin təxminən 300 nəfər həmvətənimizin komandamızı stadiondan dəstəkləməsi gözlənilir. Oyun gününə kimi bu say dəyişə bilər", deyə klub rəsmisi açıqlayıb.
Qeyd edək ki, "Mançester Yunayted" - "Sabah" oyunu 10 sentyabr Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.


