16 yaşadək oğlanlardan ibarət Azərbaycan milli basketbol komandası Türkiyənin Yalova şəhərində keçirilən “EVOQ Challenge Cup Pre Season Yalova” beynəlxalq turnirində iştirak edir.

Offsideplus.az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki,Yalovada millilərimizin çıxışı davam edir — bu gün U14 komandamız turniri ikinci pillədə başa vurub, indi isə mübarizəni U16 millimiz davam etdirir.

8–12 sentyabr tarixlərində keçirilən U16 turnirində millimizlə yanaşı:

• Konya Diltaş Basketbol

• Eskişehir Çağdaş Koleji Spor Kulübü

• Rilski Sportist

• Viktor Sanikidze Academy Basketball

• Bakırköy Kartaltepe Spor Kulübü

• Fenerbahçe

• Eskişehir Gelişim Falcons

komandaları da iştirak edir.

Turnir komandamıza fərqli basketbol məktəblərinin təmsilçiləri ilə qarşılaşmaq, rəqabətli oyunlar keçirmək və beynəlxalq təcrübəsini artırmaq imkanı verəcək.