Amerikalı forvard Alek Piters karyerasını "Olimpiya Milan"da davam etdirmək qərarının səbəblərini açıqlayıb. 31 yaşlı basketbolçu bu addımın uzun müddət ərzində yetişdiyini bildirib.

Offsideplus.az xəbər verir ki, Piters yaxın dostları, o cümlədən Kayl Hayns və Brayant Danstonla klubun inkişaf istiqamətini mütəmadi müzakirə etdiyini qeyd edib. Hər iki sabiq "Olimpiya Milan" oyunçusu klub barədə müsbət fikirlər səsləndirib və Pitersin qərar verməsində mühüm rol oynayıb. O, transferinin yalnız iddialı layihəyə qoşulmaq istəyi ilə deyil, həm də "Olimpiya Milan"ı Avropa basketbolunun zirvəsinə qaytarmaq məqsədi ilə bağlı olduğunu vurğulayıb. "Burada özümü uğurlu görürəm. Düşünürəm ki, hamımızda eyni hiss var idi: birlikdə uğur qazana bilərik", – deyə Piters bildirib.