Portuqaliyanın "Jil Visente" klubu hücumçusu Karlos Eduardonu "Sabah"a icarəyə verdiyini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, onlar ilk olaraq 24 yaşlı futbolçunun müqaviləsinin müddətini bir illik uzadıb.

Hücumçu mövsümün sonunadək "Sabah" klubunda icarədə çıxış edəcək.

Razılaşmada futbolçunun satın alınması hüququ da yer alıb.

"Jil Visente" rəsmi olaraq Karlos Eduardoya yeni komandasında və gələcək karyerasında uğurlar arzulayıb.