"US Open" tennis turnirinin 1/4 finalında Ben Şelton son çempion Karlos Alkaras üzərində karyerasının en böyük qələbəsini qazanıb.

Offsideplus.az xəbər verir ki, Nyu-Yorkda yerli vaxtla saat 03:33-də başa çatan və turnir tarixinin ən gec bitən matçında amerikalı tennisçi gərgin keçən 5 setlik mübarizədən qalib ayrılıb — 6:7(5), 6:1, 6:3, 1:6, 7:6(7).

Zədədən yeni qayıdan Alkarasın yorğunluğu fonunda möhtəşəm oyun nümayiş etdirən Şelton yarımfinala vəsqə qazanıb.

O, cümə günü keçiriləcək yarımfinalda həmyerlisi Fransis Tiafo ilə üz-üzə gələcək.