"Sabahın ulduzları" Bakı kubokunun U-14 yaş qrupunda 10-cu turun matçlarına start verilib.

Offsideplus.az xəbər verir ki, sentyabrın 8-də keçirilən qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:

Ulduz – Sabah 1:2

Qollar: Uğur Hüseynli // Əkrəm Rəhimov (34), Timur Hacıyev (61)

Qəbələ – Dostluq 4:4

Qollar: Adil Məmmədov (25), Mehdi Cabbarlı (56-pen.), İsmayıl Bəşirzadə (68), Musa İsmayılov (72) // Yusif Qasımlı (11-pen.), Nuri Əbülfəz (53), Cavid Səfərov (67), Toğrul Mahmudzadə (75-pen.)

Qarabağ – Vətən 3:1

Qollar: Yusif Hacızadə (17), Ayxan Babazadə (40+1, pen.), Ceyms Eziyaşi (75) // Əli Əlisoy (62)

Qeyd edək ki, turun digər oyunları sentyabrın 9-da baş tutacaq. Günün proqramında Sumqayıt – Zirə, Azərbaycan Qartalları – EFA və Neftçi – Xan matçları yer alıb.