"Los Anceles Klippers" klubu maaş limitini aşdığı üçün 30 milyon dollar və beş birinci raund dreft seçimi ilə cərimələnib.

Offsideplus.az xəbər verir ki, tanınmış jurnalist Pablo Torre bu araşdırmanın hesabatında onu təəccübləndirən məqamları bölüşüb. Onun sözlərinə görə, klubun basketbol əməliyyatları üzrə prezidenti Lourens Frenk NBA ilə çox ətraflı qeydlərini bölüşüb. Bu qeydlər, xüsusilə Stiv Balmerlə "dayı Dennis" arasında olan birbaşa sitatlarla bağlı hissələr, liqa üçün o qədər dəyərli olub ki, nəticədə NBA cəzanı azaldıb.

Torre bildirib ki, "Klippers"in NBA-ya bu qədər geniş məlumat ötürəcəyini gözləmirmiş: "Onlar bu informasiyanı mənimlə heç vaxt paylaşmazdılar. Bu detallara baxmayaraq, hesabatda bəzi suallar açıq qalır. Amma sənədlərlə tanış olduqda görünür ki, NBA-nın klub üçün bu qədər ağır cəzadan yayınmaq imkanı yox idi". Araşdırmanın nəticəsi olaraq Lourens Frenk altı ay müddətinə vəzifəsindən uzaqlaşdırılıb.