"Los Anceles Leykers" uzun illər komandanın uğurlarında böyük pay sahibi olmuş baş məşqçi Fil Ceksonun xatirəsini əbədiləşdirəcək. Klub 2027-ci ilin aprelində məşhur mütəxəssisin heykəlini arenanın qarşısında ucaldacaq.
Offsideplus.az xəbər verir ki, Fil Cekson "Leykers"də 11 mövsüm çalışıb, bu müddətdə komandanı 7 finala çıxarıb və 5 dəfə NBA çempionluğunu qazandırıb. Onun rəhbərliyi altında "Leykers" müntəzəm mövsümdə 610 qələbə və 292 məğlubiyyət, pley-off mərhələsində isə 118 qələbə və 63 məğlubiyyət əldə edib. Ceksonun 9 mövsümdə komandası 50 və daha çox, 2 mövsümdə isə 60-dan artıq qələbə qazanıb. Klub prezidenti Cini Bass bildirib: "Fil Ceksonun adı çempion basketbolun sinonimidir. Onun məşqçi ustalığı basketbol tarixinin bir neçə ən yaxşı oyunçusunun potensialını üzə çıxarmağa imkan verib".
Qeyd edək ki, bundan əvvəl "Leykers"in qarşısında Karım Əbdül-Cabbar, Elcin Beylor, Kobe Brayant, Məcik Conson, Şakil O'Nil, Pət Rayli, Cerri Uest və Çik Hörnün də heykəlləri ucaldılıb. Fil Ceksonun heykəlinin açılış mərasimi 9 aprel 2027-ci ildə "Minnesota Timberwolves" ilə oyundan əvvəl keçiriləcək.


