"Barselona" basketbol klubu yeni mövsüm öncəsi heyətini tamamilə yeniləyərək 11 yeni transferini ictimaiyyətə təqdim edib.

Offsideplus.az xəbər verir ki, təqdimat mərasimində idman direktoru Xevi Pujol və klub rəhbərliyi iştirak edib.

Yeni heyətə Umoja Qibson, Aqustin Ubal, Coş Nebo, Stenli Umude, Olek Balçerovski, Tayris Martin, Tosan Evbuomvan, Yoan Makundu, Castin Robinson, Olivye Nkamhua və Castin Minaya daxil edilib.

İdman direktoru Xevi Pujol komandanın atletik, gənc və inkişafa meyilli oyunçulardan təşkil olunduğunu bildirib.

Təcrübəli oyunçular Castin Robinson və Coş Nebo komandanın əsas hədəfinin titullar uğrunda mübarizə aparmaq olduğunu vurğulayıblar.