"Feyenoord"un baş məşqçisi Covanni van Bronkhorst Çempionlar Liqasının qrup mərhələsində "Barselona" ilə qarşılaşma öncəsi fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, van Bronkhorst sabah, 9 sentyabrda "Kamp Nou"da keçiriləcək oyunun çətin olacağını bildirib:

"Bu asan matç olmayacaq, "Barselona" mövsümə çox uğurlu başlayıb. Onlar meydanın hər mövqeyində güclüdürlər. Bizim üçün çox çətin olacaq. Topa nəzarəti saxlamağa çalışmalıyıq. Belə güclü komandaya qarşı bunu etmək çox çətindir. Qarşımızda çox maraqlı bir sınaq var. Burada olmağımız o deməkdir ki, ən yaxşı səviyyəmizi göstərmək istəyirik. Oyunçular üçün bu, həm də inkişaflarını nümayiş etdirmək imkanıdır. Bu məni qorxutmur, əksinə, bunu bir sınaq kimi qəbul edirəm. Qorxmuram, məncə, bu əla bir çağırışdır. Ən çox bəyəndiyim odur ki, onlar hamının görmək istədiyi futbolu oynayırlar: topu ötürürlər, sürətlidirlər... Bu, "Barselona"nın DNT-sinə sahib, çox oturuşmuş bir komandadır. İnsanlar onların necə oynadığını izləmək istəyir. Biz Çempionlar Liqasını qazana biləcək bir rəqibə qarşı oynayırıq."