​Gələcək transfer pəncərələrində mərkəz müdafiəsi xəttini gücləndirməyi planlaşdıran "Liverpul" və "Mançester Yunayted" klubları "Nyukasl Yunayted"in 25 yaşlı futbolçusu Malik Tiavı yaxından izləyirlər.

​Offsideplus.az xəbər verir ki, hər iki nəhəng klub almaniyalı müdafiəçinin performansını izləsə də, hələ ki mümkün transferlə bağlı heç bir rəsmi əlaqə qurulmayıb.

​"Nyukasl" oyunçunu komandada saxlamaqda qərarlıdır, lakin hər hansı dəyişiklik olacağı təqdirdə onlar təxminən 65 milyon ilə 70 milyon funt-sterlinq arası təzminat tələb edə bilərlər.