UEFA Çempionlar Liqasının liqa mərhələsinin ilk turu davam edir.
Offsideplus.az xəbər verir ki, bu gün daha 6 qarşılaşma baş tutacaq.
"Qalatasaray" Lissabon səfərinə yollanıb. "Sarı-qırmızılar" "Sportinq" ilə oyunda Viktor Osihmen, Mario Lemina və Vilfred Sinqodan yararlana bilməyəcək.
Günün ən maraqlı oyunu Liverpulda baş tutacaq. "Liverpul" "Atletiko"nu (Madrid) qəbul edəcək.
Turnirin əsas favoritlərindən "Barselona" isə "Feyenoord"u sınağa çəkəcək.
Çempionlar Liqası, Liqa mərhələsi I tur
9 sentyabr (çərşənbə)
20:45 "Barselona" - "Feyenoord"
20:45 "Ştutqart" - "Vikinq"
23:00 "Liverpul" - "Atletiko" (Madrid)
23:00 "Napoli" - "Arsenal"
23:00 "Sportinq" - "Qalatasaray"
23:00 PSJ - "Slovan" (Bratislava)


