Cessika Pequla "US Open"in 1/4 finalında Emma Navarronu 3:6, 6:4, 6:3 hesabı ilə məğlub edərək yarımfinala adlayıb.

Offsideplus.az xəbər verir ki, 2 saat 20 dəqiqə davam edən gərgin görüşdən sonra Pequla yarımfinalda ikiqat çempion Arina Sabalenka ilə üz-üzə gələcək. 

İki tenisçi artıq üst-üstə üçüncü ildir ki, "US Open"də qarşılaşır. Sabalenka 2024-cü ilin finalında və ötən ilin yarımfinalında Pequlaya qalib gələrək titula sahib çıxmışdı.

Qələbədən sonra Pequla oyunu belə şərh edib:

"Çox çətin matç oldu. Hava rutubətli idi, fiziki baxımdan böyük güc tələb edirdi. Ən yaxşı servis zərbələrimi vura bilmirdim və kortda öz daxili həyəcanımla mübarizə aparmalı olurdum".