"Neftçi" heyətini növbəti transferlə gücləndirib.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, klub amerikalı oyunqurucu Elayca Hokins (Elijah Hawkins) ilə mövsümün sonuna qədər müqavilə bağlayıb.
24 yaşlı basketbolçunun boyu 180 santimetrdir.
Pleymeyker mövqeyində çıxış edən amerikalı oyunçu son olaraq Macarıstanın "Atomeromu" komandasının formasını geyinib.


